“Rekrutinq” termini fransız sözü olan “rectuit”dən götürülərək işə götürmək sözündən yaranmışdır. Rekrutinq, müştərinin şirkətində mövcud vakansiyaların ixtisaslı mütəxəssislər tərəfindən ödənişli əsaslarla dolurulması üçün əlverişli şərait yaradan hərəkətlər və prosedurlar toplusudur.
İşə götürmə xidmətləri ilə işə qəbulun eyni olmadığını başa düşmək vacibdir. Əsas fərq ondadır ki, birincisinə ödənişi iş axtaran tərəf, ikincisinə isə sifariş verən şirkət ödəyir.
İşə götürmə xidmətlərinə nələr aiddir?
İşə qəbul işinin əsas məqamlarını nəzərdən keçirək:
- Məlumat bazaları, reklam, İnternet, sənayedəki əlaqə şəbəkəsi kimi axtarış mənbələrinin istifadəsi
- Psixoloji test
- Potensial işə götürüləcək şəxsin sənədlərinin təhlili
- Namizədlərlə müsahibələr (şəxsi, telefon)
- Müvafiq olaraq vəzifə öhdəliklərinin təyin edilməsi
- Namizəd üçün Nəticənin hazırlanması
- Namizədin sınaq müddətini keçməsi prosesində müştərinin qiymətləndirilməsi.
Outstaffing və Outsourcing xidmətləri
Outstaffing və outsourcing nədir? Outstaffing və outsourcing fərqləri nədədir? Yeni yaranmış amma sürətlə populyarlıq qazanan bu terminləri tez-tez səhv salırlar.
Outstaffing – müxtəlif sahənin ixtisaslı işçilərini rəsmi şəkildə işə götürərək, onların xidmətlərini digər şirkətlərə təqdim etmək deməkdir. Yəni işçi rəsmi şəkildə bir şirkətlə çalışır, amma başqa şirkətin ofisində onun işlərini görür. Onun vergi, sığorta və s. xərclərini isə qeydiyyatda olduğu şirkət qarşılayır.
Outsourcing – frilans işçi kimi nəzərdə tutulur. Bir şirkətin qeydiyyatlı işçisi olaraq başqa şirkətin işlərini öhdəliyinə götürərək onları uzaqdan həyata keçirir. Belə işçilər ofisdə olmur və ya lazım olduqda baş çəkirlər.
Əsas fərq: outsourcing personal seçimi və yığımı təqdim edir, outstaffing isə artıq hazırda olan işçini təklif edir.
Bu iki terminin müqavilələrində də fərq vardır: outstaffing işçi qüvvəsinin təqdim edilməsi üzrə, outsourcing isə işin həyata keçirilməsi üzrə müqavilə bağlayır.
Biz sizə peşəkar outsourcing və outstaffing xidmətləri təklid edirik. Xidmətlərimizdən yararlanmaq üçün əlaqə saxlayın!