Biz mühasibat və vergi uçotu ilə bağlı hər-hansı bir mövzuda sizə məsləhət verməyə hazırıq. Müştərilərimizə mühasib ilə çalışmağa başlamağı hələ VÖEN hesabının açılmasından öncə məsləhət görürük, çünki bu, vergi siyasətinin təməlini erkən mərhələdən düzgün qurmağa imkan verir.
Artıq fəaliyyət göstərən şirkətlərin də mühasibat və vergi məsləhətinə ehtiyacları olur. Buna səbəb qeyri-adi problemlərlə üz-üzə gəlmələri və qanunvericilikdə baş verən dəyişikliklər ola bilər. Bu zaman problemin həll yolunun tapılması uzun zaman ala bilər. Belə hallarda peşəkar məsləhət almaq mütləqdir.
Fəaliyyət sahəniz üzrə peşəkar mühasibat və vergi konsultasiyası almaq üçün bizə müraciət edin.