Şirkətimiz konsaltinq xidmətlərini də təklif edir. Audit, kadrlar uçotu, gömrük sahəsi, kargüzarlıq, lisenziyaların alınması və s. xidmətlərlə yanaşı Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair məsləhətlərin verilməsi xidmətini də sifarişçilərə təqdim edirik. Məsləhət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində 15 ilə yaxın müddətdə çalışmış əmək müfəttişi tərəfindən verilir. Keyfiyyətli hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz.