Haqqımızda

KPM Audit şirkəti 2011-ci ildən fəaliyyət göstərərək əhatə dairəsi geniş olan xidmətlər təklif edir.

KPM Audit and Busines Services LTD şirkəti 2011-ci ildə KPM Audit Trading and Busines Services LTD adı altında təsis olunaraq fəaliyyətə başlamışdır. İlk öncə ticarət və biznes məsləhətləri sahəsində çalışan şirkət müşahidələri əsasında ticarət sahəsində fəaliyyətini dayandıraraq zərurətin yarandığını əsas tutaraq audit məsələlərini də yürütməyə başlamışdır.
Hal hazırda peşəkar auditor və digər müxtəlif sahələrin ekspertlərini komandamıza toplayaraq fəaliyyət göstəririk. Bir sıra partnyorlara xidmət etmək və uğurlara birgə imza atmaq əsas biznes hədəfimizdir. KPM Audit uğurlu biznes nümunəsi olaraq sizin də iş həyatınıza dəstək olmaq üçün yanınızdadır!

Bizim müştərilərimiz
və partnyorlarımız

Bizi seçməyinizin 7 səbəbi

01.

Məsuliyyətli iş

Müştərilərimizə keyfiyyətli iş vermək məsuliyyətimiz 500000$-dan az olmayaraq sığortalanıb.
02.

Peşəkar komanda

İşinizi yalnız peşəkarlara həvalə edirik, bunun üçün aylıq 100-dən çox müsahibə keçiririk.
03.

Keyfiyyətə nəzarət

İşimizi təhvil verməzdən öncə iki mərhələli yoxlamadan keçirərək heç bir açığın olmamasına zəmanət veririk.
04.

Konfidensiallıq

Şəxsi məlumatlarınızın ikinci, üçüncü şəxslərə ötürülməməsinə zəmanət veririk.
05.

“Bir pəncərə”

Sizinlə əlaqədə yalnız bir nəfər olacaq, bu da iş prosesinə nəzarətinizi asanlaşdıracaq.
06.

XXI əsr texnologiyası

Sənədlərinizin və məlumatlarınızın təhvil-təslim prosesi ən son texnologiyaya uyğun aparılaraq itkiyə məruz qalmayacaq.
07.

Hər şey daxil

İşinizlə yalnız peşəkar müfəttişlər deyil, həm də hüquqşünaslar, vergi və IT işçiləri və katibələr məşğul olacaqlar.