AR Qanunvericiliyinə uyğun miqrasiya xidmətləri

Əcnəbi vətəndaşlara miqrasiya yardımı həm miqrasiya qanunvericiliyinə riayət olunması, həm də pozulması ilə əlaqədar müxtəlif problemlərin həll olunması üçündür. Miqrasiya sahəsində konsultasiyalar üçün daha çox vizanın bitməsi, müddətinin uzadılması, iş və yaşayış üçün icazələrin alınması məqsədilə baş vurulur. Peşəkar komandamız sorğunuza uyğun konsultasiyanın verilməsində, lazımi sənədlər paketinin yığılmasında, anket və blankların doldurulmasında yardımçı olacaqdır. Xidmətlərimiz həmçinin ölkədən xaric olunma hallarının apellyasiyası üzrə də fəaliyyət göstərir.